AzQAC Füzuli rayon bölməsi tərəfindən "Təhlükəsiz Məktəb Təsviri" layihəsi icra olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Füzuli rayon bölməsi tərəfindən "Təhlükəsiz Məktəb Təsviri" layihəsi icra olunub
"Safe School Description" project was implemented by AzRCS Fuzuli district branch

"Təhlükəsiz Məktəb Təsviri" yenilikçi layihəsinə uyğun olaraq, Füzuli rayon Əhmədbəyli kənd orta məktəbində  şagirdlərin iştirakı və təklifi əsasında 2 layihə icra olunub. Cəmiyyət tərəfindən "İdman sağlamlıqdır" layihəsinə uyğun olaraq  məktəbin futbol, valeybol, gimnastika meydançaları bərpa edilib idman geyimləri, ketlər, toplar, tennis raketkaları, skamekalar, setkalar hədiyyə edilibdir.



8 dekabr 2023 - cü il tarixində şagirdlər arasında "Bilik Yarışması" təşkil edilib. "Bilik Yarışması" layihəsinə uyğun olaraq,  Xəmsə yarış aparatı, səs gücləndirici aparatlar, dəftərxana ləvazimatları, test kitabları, yarış lövhələri, məktəbli çantaları, fəxri fərmanlar, laminasiya qurğusu hədiyyə edilib.